Zərərçəkmiş polisə müraciət edib, hücum edənin axtarışı davam etdirilir
Podolsk şəhərinin Kutuzovo məhəlləsində kişi ananı azyaşlı uşağının gözü qarşısında döyüb.
Tezadlar.az xəbər verir ki, hadisə CCTV kameralarına düşüb və sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə kişinin qadını və oğlunu ötməsi, daha sonra kəskin dönərək onun sifətinə bir neçə yumruq vurması görünür. Kişi daha sonra sakitcə mağazanı tərk edir.
Qadın polisə müraciət edərək şikayət ərizəsi yazıb. Hüquq-mühafizə orqanları hücumda ittiham oluna bilən şəxsi axtarır.
E.ŞİRİNOV







