Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kişinyovun mərkəzində keçirilən aksiyanın başa çatması elan edildikdən sonra nümayişçilər nəqliyyatın hərəkətinə mane olmadan dinc şəkildə dağılıblar.
Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, müxalifətin Kişinyovun mərkəzində keçirilən mitinqi ciddi insidentlər olmadan keçib.
Nümayiş Mariya Byeşu adına Milli Opera və Balet Teatrının meydanında baş tutub. Mitinq iştirakçıları Kişinyovun əsas küçələri boyu bir neçə sütun şəklində oraya gələrək: “Prezident Maia Sanduya lənət olsun” şüarları səsləndiriblər. Digər şüarlar da dinlənilib.
Müxalifət də çıxışlarında Moldovanı neytrallığı qorumağa və Rusiya ilə qarşıdurmanı dayandırmağa çağırıb. Bundan əlavə, hakim Fəaliyyət və Həmrəylik Partiyasına qarşı hakimiyyəti qəsb etməkdə ittihamlar səslənib. Digər məsələlərlə yanaşı, nümayişçilər sentyabrın 28-də keçiriləcək parlament seçkilərindən sonra bu pozuntularla bağlı araşdırmaya başlayacaqları ilə hədələyiblər.
Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, müxalifət partiyalarının yaratdığı blok xarici siyasətdə Rusiya Federasiyası ilə münasibətlərin bərpasının tərəfdarıdır. Onun sözlərinə görə, bu blok ad seçməli və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir.
E.ŞİRİNOV