Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bəzən belə yanlış addım atanlar da olur və özlərini pis vəziyyətə salırlar: belə ki, Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə “Təzadlar”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.