Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

akı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında inklüziv məkanın yaradılması sahəsində işlər davam edir. Bunula əlaqədar, l qrup əlliliyi olan rəssam, kitabxananın fəal oxucusu Ülkər Şərifovanın ikinci fərdi rəsm sərgisi açıldı. Sərgidə rəssamın kətan üzərində akril və pambıq saplarla qədim Şəki sənəti olan (XVl-XVlll əsrlər) hovlu üsulu ilə işlənilən əsərləri nümayiş olunur: “Xurşidbanu Natavan”, “Nizami Gəncəvi” “Fərhad və Şirin”, “Şuşaya qaydış”. Qeyd etmək lazımdır ki, Ülkər Şərifovanın əsərləri əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində də nümayiş olunub. Rəssam Ülkər Şərifovanın fərdi rəsm sərgisi kitabxanada bir ay davam edəcək.
TAİSA