Macarıstan iki gün əvvəl martın 5-də Ukrayna “Oşşadbank”ının yeddi əməkdaşını saxlayıb. “AzadlıqRadiosu” yazır ki, bunu bankın mətbuat xidməti və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa açıqlayıb. “Oşşadbank” bildirir ki, həmin şəxslər inkassasiya xidmətinə məxsus iki avtomobildə saxlanılıblar, onlar bank ilə Avstriyadakı “Raiffeisen Bank” arasında mütəmadi xarici valyuta və bank metalları daşıyırdılar. GPS siqnalı avtomobillərin Budapeştin mərkəzindəki güc strukturlarından birinin yaxınlığında olduğunu göstərir. Bank əməkdaşlarının olduğu yer bəlli deyil.
Macarıstan isə bildirib ki, ərazisi ilə pul və qızıl daşıyan yeddi Ukrayna vətəndaşı ölkədən deportasiya olunacaq. Bu bəyanatda 30 milyon dolkar və 30 milyon evro pulların və 9 kq qızılın taleyi barədə heç nə deyilməyib. Qalmaqal isə davam edir. Zelenski bu barədə Macarıstana qarşı sərt bəyanat verib…
A.Məmmədli