Əsas məzmuna keç

Kiyev qismən elektriksiz qalıb

Kiyev elektrik enerjisinin kəsilməsi səbəbindən qismən elektriksiz qalıb.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın Telegram-dakı strana.ua nəşri məlumat verib.

Nəşrin məlumatına görə, şəhərin bəzi ərazilərində elektrik kəsilib. Əlavə məlumat verilməyib. Ukrayna paytaxtının hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı şərh verməyib.

Oktyabrın 14-də Kiyevdə elektrik kəsilməsi baş verib. Ukrayna paytaxtından əlavə, Sumı, Xarkov və Poltava da daxil olmaqla yeddi bölgədə təcili elektrik kəsintiləri tətbiq edilib.

Daha sonra DTEK enerji şirkəti Kiyevdə elektrik enerjisinin kəsilməsinə yüksək gərginlikli xətlərdəki nasazlığın səbəb olduğunu bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…