Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində ikisi uşaq olmaqla 16 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi öz Telegram kanalında məlumat yayıb.
“Bu gün səhər saatlarında Dövlət Fövqəladə Hallar Xidmətinin (DTX) helikopteri Brovarıda qəzaya uğrayıb. İkisi uşaq olmaqla ümumilikdə 16 nəfərin öldüyü məlumdur”, – məlumatda deyilir.
10-u uşaq olmaqla 22 nəfərin yaralandığı qeyd edilir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Təyyarədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də olub, onların hamısı həlak olub.
E.ŞİRİNOV