Əsas məzmuna keç

Kiyevdə partlayış səsləri və hava hücumu xəbərdarlığı!

Ötən gecı Kiyevdə raket təhdidi ilə bağlı hava hücumu xəbərdarlığı edilib və  Kiyevdə partlayış səsləri eşidilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki,  aprelin 6-da səhər saatlarında Ukraynada günün əvvəlindən raket təhlükəsi ilə bağlı ikinci dəfə genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Hərbi Hava Qüvvələrinə istinadla Kiyev meri Vitali Kliçko məlumat paylaşıb. Səhər saat 4:57-də demək olar ki, bütün Ukrayna ərazisində hava hücumu siqnalı verilib. “Hava hücumu xəbərdarlığının elan edildiyi ərazilərdə ballistik silahlardan istifadə təhlükəsi vardır”
Səhər alatoranlıqda isə Kiyevin bəzi ərazisində partlayış səsləri eşidilib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…