Kiyevdə rus dilində mahnı oxuyan pensiyaçılar saxlanılıb

Oxunma sayı: 134

Kiyevdə polis əməkdaşları Qələbə Günü şərəfinə rus dilində mahnılar oxuyan bir neçə pensiyaçını saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” nəşri öz Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, polis əvvəlcə təqaüdçülərə yaxınlaşıb və onlardan mahnı oxumağı dayandırmağı tələb edib. Adamlardan biri ukraynaca cavab verib və istədiyi mahnıları oxumağa qanuni haqqı olduğunu izah edib.

Bundan sonra polis əməkdaşları onun yanında dayanan kişi və qadına qarşı güc tətbiq edərək onları polis maşınına mindirməyə çalışıblar. Mübarizə zamanı təqaüdçülər yerə yıxılsalar da, sonradan saxlanılıblar.

E.ŞİRİNOV

Xəbəri paylaş