Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin məsuliyyəti öz üzərinə götürməsi və danışıqların uğurla keçməsi üçün hər şeyi etməsi vaxtı çoxdan gəlib çatıb.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu “Vesti” jurnalisti Pavel Zarubinə verdiyi şərhdə qeyd edib.
“Putinin dediyi kimi, danışıqlarda elə bir an çoxdan gəlib çatıb ki, Kiyevdə kimsə məsuliyyəti öz üzərinə götürməlidir. İdeyaca, bu, Zelenski olmalıdır və danışıqların uğurlu olması üçün o, hər şeyi etməlidir. Onlar nə edilməli olduğunu çox yaxşı bilirlər”, – deyə Peskov bildirib.
Kreml sözçüsünün sözlərinə görə, Ukrayna bunu etməyincə, onun vəziyyəti gündən-günə pisləşir.
“Buna görə də isteriya həddində belə bir əsəbilik var, Düşünürəm ki, vəziyyət daha da pisləşəcək”, – deyə o, yekunlaşdırıb.
JASMİN