Kliçko Zelenskidən hakimiyyəti almağı planlaşdırmaqda şübhəli bilinir

Oxunma sayı: 194

Ali Radanın keçmiş deputatı Oleq Tsarev bəyan edib ki, Kiyev meri Vitali Kliçko Vladimir Zelenskini Ukrayna rəhbərliyindən uzaqlaşdıraraq ölkə prezidenti olmağı planlaşdırır.

Tezadlar.az bildirir ki, bu barədə Tsarev “Arquments and Facts” nəşrinə məlumat verib.

Tsarev bəyan edib ki, Kliçko Ukrayna Merləri Assosiasiyası vasitəsilə həmişə yerli hökumətin maraqlarını ifadə edib. Keçmiş Rada deputatı vurğulayıb ki, bir çox “regional klanlar” Kliçkonu axtarır.

“O, prezidentliyə namizədlərdən biridir. Onu sürüb prezidentliyə apara bilən maşını var. Buna partiya deyirlər. Onsuz prezident olmaq çox çətindir”, – Tsarev qeyd edib.

O əlavə edib ki, Kliçkonun namizədliyi irəli sürüləcəyi təqdirdə Ukraynanın bir çox şəhərlərinin merləri onu dəstəkləyəcək. Kliçkoya xarici dəstək də kömək edə bilər.

“Əgər o, düzgün şüarlar seçsə və xaricdə dəstək alsa, şansı var”, – deyə Tsarev yekunlaşdırıb.

Ukrayna mediası yazıb ki, Kliçko və Zelenskinin komandası uzun müddətdir ki, münaqişədədir. Kiyev meri Qərb nəşrlərinə müsahibələrində bəyan edib ki, Ukraynanın hazırkı rəhbərliyi altında yanlış istiqamətdə irəliləyir, getdikcə avtoritarlaşır. O qeyd edib ki, Zelenski və onun administrasiyasını tənqid edən jurnalistlər təzyiq altındadır, ukraynalıların uğrunda mübarizə apardıqları azadlıqlar və islahatlar pozulur.

E.ŞİRİNOV

Xəbəri paylaş