18 Dekabr 2025 / 12:55

Klinikmüayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması necə mümkündür?

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə klinikmüayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması mexanizmləri müzakirə olunub

17 dekabr 2025-ci il tarixində Bakı şəhərində İnsan Alverinə Qarşı Mübarizəüzrə QHT Koalisiyasının təşəbbüsü Azərbaycan Respublikasının SəhiyyəNazirliyinin təşkilatçılığı ilə “Klinik müayinələr zamanı insan alveri qurbanlarınınerkən aşkarlanması mexanizmlərimövzusunda maraqlı tərəflərin iştirakı ilə görüşkeçirilib. Tədbir Azərbaycan səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə ÖlkəƏlaqələndirmə Komissiyası tərəfindən təşkil olunub. İnsan Alverinə Qarşı Mübarizəüzrə QHT Koalisiyasından tezadkar.az- a verilən məlumata görə, görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Respublika QİÇS- Mübarizə Mərkəzinin, Elmi-Tədqiqat AğciyərXəstəlikləri İnstitutunun, Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın UşaqProblemləri üzrə Dövlət Komitəsinin, Sosial Xidmətlər Agentliyi nəzdində İnsanAlveri Qurbanlarına Yardım Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, eləcə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, səhiyyə sosial sahə üzrəmütəxəssislər, vətəndaş cəmiyyəti institutları digər maraqlı tərəflər iştirakediblər.

Tədbirin əsas məqsədi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə klinik müayinələr zamanı insan alveri qurbanlarınınaşkarlanması üzrə diaqnostika istiqamətləndirmə modelinin müzakirəsi, qurbanların müəyyən edilməsində yeni yanaşmaların formalaşdırılması, həmçininbu sahədə fəaliyyət göstərən qurumların mövcud problemlərə dair baxış bucağınıngenişləndirilməsi olub. Eyni zamanda, İİV/QİÇS- mübarizə sahəsində mövcudepidemioloji vəziyyətin qiymətləndirilməsi, səhiyyə hüquq-mühafizə qurumlarıarasında institusional əməkdaşlığın gücləndirilməsi beynəlxalq təcrübələrinmüzakirəsi tədbirin əsas istiqamətləri sırasında yer alıb.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova çıxış edərək klinik müayinələr zamanı insan alveri qurbanlarının erkənaşkarlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, səhiyyəmüəssisələrində çalışan tibb işçiləri insan alveri qurbanları ilə ilkin təmas nöqtəsikimi mühüm rol oynayır bu prosesdə düzgün diaqnostik yanaşmaların tətbiqi, davranış sağlamlıqla bağlı risk göstəricilərinin tanınması olduqca vacibdir.

Çıxışda həmçinin qeyd olunub ki, insan alveri qurbanları çox zaman fiziki psixoloji travmalarla səhiyyə müəssisələrinə müraciət etdiklərindən, tibbpersonalının müvafiq bilik bacarıqlarla təmin edilməsi, qurbanlarıntəhlükəsizliyinin məxfiliyinin qorunması, eləcə onlara qarşı həssas travmaya yönümlü yanaşmanın tətbiqi böyük əhəmiyyət kəsb edir. Mehriban Zeynalova Koalisiyanın təşəbbüsü ilə qurbanların aidiyyəti dövlət qurumlarına, sosial hüquqi dəstək xidmətlərinə operativ düzgün istiqamətləndirilməsimexanizmlərini təqdim edib, səhiyyə sektoru, hüquq-mühafizə orqanları vətəndaş cəmiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsininvacibliyini vurğulayıb.

Daha sonra Respublika QİÇS- Mübarizə Mərkəzinin direktor müaviniGünəş Cəfərova İİV/QİÇS- mübarizə sahəsində görülmüş işlər, profilaktiktədbirlər ölkədə mövcud epidemioloji vəziyyət barədə təqdimatla çıxış edib. Təqdimatda erkən diaqnostikanın əhəmiyyəti, müalicəyə çıxış imkanlarınıngenişləndirilməsi risk qrupları ilə aparılan məqsədyönlü fəaliyyətlər xüsusiolaraq qeyd olunub.

Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizəüzrə Baş İdarəsinin əməkdaşı Emin Əsədov insan alveri qurbanlarınınaşkarlanması sahəsində mövcud yeni tendensiyalar çağırışlar barədə məlumatverib, sahələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş interaktiv müzakirə sual-cavab formatında davam edib. İştirakçılarİnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsləriningenişləndirilməsinin, praktik mexanizmlərin təkmilləşdirilməsinin davamlıəməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda qeyd olunub ki, İİV/QİÇS insan alverinə qarşı mübarizə yalnızinstitusional tədbirlərlə məhdudlaşmamalı, bu sahədə mövzunun davamlı şəkildəaktuallaşdırılması sistemli əməkdaşlıq dövlət qurumları, vətəndaş cəmiyyətiinstitutları beynəlxalq tərəfdaşlar arasında sıx koordinasiya əsasında həyatakeçirilməlidir. Bu baxımdan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!