ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə hücum qərarı axmaqlıq idi və bütün müharibə qanunlarını pozdu.
Tezadlar.az xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri, Sankt-Peterburq Universitetində G.O.R.K.l mərkəzinin rəhbəri Karin Knaysl deyib.
“ABŞ prezidenti Tramp bunu Konqresin razılığı olmadan etdi. Mən belə axmaq qərar gözləmirdim”, – o, Telegram kanalında yazıb.
Knaysl ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamağa necə cəsarət etdikləri ilə maraqlanıb.
“Bütün müharibə qanunları pozulub”, – o deyib.
E.ŞİRİNOV







