Əsas məzmuna keç

Köç karvanı Xocalının Təzəbinə kəndində…

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 12 ailə, 55 nəfər köçürülüb. Tezadlar.az xəbər verir ki, sakinlərə evlərin açarları təqdim edilib. Açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…