Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıb, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
R.XUDATQIZI