Komendant saatından sonra yürüş

Yüzlərlə insan komendant saatından sonra Los-Ancelesdə yürüş keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Komendant saatı saat 20:00-da (Bakı vaxtı ilə 07:00) başlayıb.

Etiraz vandalizm aktları ilə müşayiət olunub. Nümayişçilər binaları rəngləyərək plastik butulkalarla su atıblar, təhlükəsizlik qüvvələri cavab verməyib.

Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın siyasətinin əleyhdarları Vaşinqtonda hərbi paradın keçiriləcəyi gün, iyunun 14-də keçirilməsi planlaşdırılan “Krallar yox” aksiyası çərçivəsində ölkə boyu kütləvi nümayişlər keçirəcəklərini elan ediblər.

İyunun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reydlə əlaqədar Los-Ancelesdə etirazlar başlayıb. Nümayişlər bu günə kimi səngimir və hər keçən gün etirazlar daha da aqressivləşir. Məlumata görə, Los-Ancelesdəki etirazçılar onlarla müəssisəni qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurub.

E.ŞİRİNOV

Xəbəri paylaş

9 İyul