Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Parlamenti üçüncü və sonuncu oxunuşda Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib. Tezadlar.az xəbər verir ki, qanunun lehinə 77 deputat səs verib. Qanun imzalanmaq üçün Prezident Mixeil Kavelaşviliyə göndərilib. Prezident onu imzaladıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-də fəaliyyətini dayandıracaq.
Maraqlıdır, bəs ölkədə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurum olmayacaqmı? Məlum olur ki, bu iş hüquq mühafizə orqanlarının məsuliyyətinə aid edilir.
A.Məmmədli