Rusiyada Karsnoyarsk-Norilsk reysi ilə uçan sərnişin təyyarəsində kabinədə təzyiq siqnalı işə düşüb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Fövqəladə hadisə bu gün, fevralın 19-da səhər saat 7 radələrində baş verib. Belə ki, “NordStar” aviakompaniyasının “Krasnoyarsk-Norilsk” reysi üzrə uçan sərnişin təyyarəsinin kabin təzyiqinə texniki xidmət sistemində nasazlıq barədə həyəcan siqnalı işə salınıb.
Bununla əlaqədar olaraq təyyarə təyinatı üzrə hava limanına eniş edib. Həmin vaxt təyyarənin göyərtəsində 8-i uşaq olmaqla 156 sərnişin olub. Təyyarə sistemlərinin vəziyyətinin texniki auditi təşkil edilib. Sərnişinlərdən heç bir kəs xəsarət almayıb.
“Nəqliyyat prokurorluğu uçuşların təhlükəsizliyi qanunvericiliyinə və sərnişinlərin hüquqlarına əməl olunmasına nəzarət fəaliyyətini həyata keçirir”, – Qərbi Sibir nəqliyyat prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.
JASMİN