Kreml danışıqlar üçün Səudiyyə Ərəbistanının seçilməsini belə izah edib

Oxunma sayı: 197

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını Moskva və Vaşinqton arasında yüksək səviyyəli danışıqlara ev sahibliyi etmək üçün mümkün ölkə kimi göstərib.

Tezadlar.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ər-Riyadın danışıqlar yeri kimi seçilməsini belə izah edib.

“Bu yer, ümumiyyətlə, həm Amerika tərəfinə, həm də Rusiya tərəfinə uyğundur və birgə qərar qəbul edilib”, – o əlavə edib.

Xatırladaq ki, bu gün Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov və Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov amerikalı həmkarları ilə fevralın 18-də baş tutacaq danışıqlar üçün Ər-Riyada uçacaqlar.

E.ŞİRİNOV

Xəbəri paylaş

30 Aprel