Əsas məzmuna keç

Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib

“Rusiyanın sərhədləri boyunca vəziyyəti izləmək üçün bütün kəşfiyyat imkanları var…”. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirərkən deyib. “Şübhəsiz ki, Müdafiə Nazirliyi ilə digər müvafiq xidmətlərimiz sərhədimiz ətrafındakı vəziyyəti izləmək və düzgün qiymətləndirmək üçün lazımi kəşfiyyat imkanlarına malikdir”, – Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Financial Times” Estoniyanın Rusiya ilə sərhədə qoşun yığması barədə məlumat yayıb. Məlumata görə, Estoniya “aktiv müdafiə” adlandırılan proqram çərçivəsində qoşunlarını Rusiya sərhədinə doğru fəal şəkildə yerləşdirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…