11 Oktyabr 2022 / 12:24

KREML HƏRBİ QULLUQÇULARIN RUSİYADAN ÇIXIŞINA QADAĞA QOYULMASI İDEYASINA MÜNASİBƏT BİLDİRİB

Kreml Krım Dövlət Şurasının rəhbəri Vladimir Konstantinovun səfərbərlik və müharibə dövründə hərbi qeydiyyatda olan vətəndaşların Rusiyanı tərk etməsinə qadağa qoyulması ilə bağlı fikrini öyrənməyib.

Tezadlar.az İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O izah edib ki, Kremlin bu məsələdə mövqeyi yoxdur.

“Bunun nəzərə alındığı məlum deyil”, – Peskov bildirib.

O, Krım hakimiyyətinin qismən səfərbərlik elanından sonra Rusiyanı tərk edənlərin xüsusi reyestrə daxil edilməsi təklifinə də analoji şəkildə reaksiya verib.

Oktyabrın 10-da Krım Dövlət Şurasının rəhbəri hərbi qulluqçuların Rusiyanı tərk etməsinə qadağa qoyulmasını təklif edib. Konstantinovun sözlərinə görə, Krımda səfərbərlik haqqında federal qanuna daxil edilmək üçün müvafiq düzəlişlər hazırlanır.

Dəyişikliklər dəstəklənərsə, o zaman qanun komissarlıqların icazəsi olmadan ölkədən kənarda hərbi qeydiyyata alınmalı olan Rusiya vətəndaşının ölkədən çıxmasına açıq şəkildə qadağa qoyacaq, – Konstantinov vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!