Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Avqust 2025 / 17:12

Kremldən Paşinyana sərt cavab: “Üçtərəfli razılaşmalar aktual olaraq qalır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Zaxarova bugünkü brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb. Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil.

Zəruri qeyd: Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur… 9 noyabr 9 noyabrda qaldı”, – Paşinyan əlavə etmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!