Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Avqust 2024 / 13:51

“KROKUS” TERROR AKTI İŞİ ÜZRƏ DAĞISTANDA 5 NƏFƏR SAXLANILIB

Moskvanın Basmannı Məhkəməsi tərəfindən həbs müddəti uzadılan “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 5 təqsirləndirilən şəxs Dağıstanda saxlanılıb. Onlar terror aktını törədənləri silahla təmin etməkdə ittiham olunurlar.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Qadoyev N., İsmayılov Z. A., Soliyev M. A., Soliyev U. A., Xamidov A. (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) terror aktını törədənləri odlu silahla təmin etməkdə ittiham olunurlar. Onlar bu il martın 31-də Kaspiysk və Dağıstanın digər vilayətlərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. Onlar əvvəlcə Dağıstanda həbs qətimkan tədbiri seçilib, lakin müddətin uzadılması üçün təqsirləndirilən şəxslər Moskvaya aparılıb”, – agentliyin həmsöhbəti bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!