Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb müttəfiqlərini ikiüzlülükdə ittiham edib.
O, fikirlərini “Politico”ya bildirib.
Nazir rusiyalı sahibkarların dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb. O, həmçinin Qərbin hüquq-mühafizə və ədliyyə işçilərinə Rusiyadan kənarda Rusiya hakimiyyətinin “səlahiyyətli nümayəndələrinin bank hesablarını” daha diqqətlə yoxlamağı təklif edib.
“Qərbdə bəziləri bütün bunlara əngəllər qoyur, radikal formalizmə əl atır, müsadirənin qanunun aliliyini pozacağını iddia edir. Amma bu, ikiüzlülükdən xəbər verir”, – Kuleba yazıb.
Əvvəllər ABŞ Konqresi mart ayında bağlanmanın qarşısını almaq üçün federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün qanun layihəsi ilə bağlı razılığa gələ bilməyib.
E.ŞİRİNOV