Əsas məzmuna keç

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 60

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Tezadlar.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən və anbar kimi istifadə edilən yaşayış sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən isə 45 000 ədəd olmaqla, ümumilikdə iki fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 96 200 ədəd siqaret aşkar edilərək realizə olunmasının qarşısı alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…