Əsas məzmuna keç

KÜRDƏMİRDƏ AĞIR YOL QƏZASI: ÖLƏNLƏR VAR

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.

Hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…