26 Fevral 2024 / 13:12

KURSK VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS 3 PİLOTSUZ UÇAN APARAT HÜCUM ETMƏYƏ CƏHD EDİB

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki kamikadze pilotsuz uçan aparat Korenevski rayonunun Qordeevka kəndində infrastruktura hücum etməyə cəhd göstərib, daha biri Troitski kəndinə düşüb.

Bu barədə qubernator Roman Starovoyt Telegram kanalında məlumat verib.

“Bu gün Ukraynaya məxsus iki kamikadze pilotsuz uçan aparat sərhəddəki Korenevski rayonunun Qordeevka kəndində infrastruktura hücum etməyə cəhd göstərib. İtki yoxdur. Digər kamikadze pilotsuz uçan aparat Troitskoye kəndindəki bağçaya düşüb”, – o yazıb.

Starovoit qeyd edib ki, dağıntı olmayıb.

E.ŞİRİNOV

Show HTML

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!