Əsas məzmuna keç

KURSK VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS 61 PUA VURULUB

Təxminən beş saat ərzində – oktyabrın 31-i saat 19:00-dan noyabrın 1-i saat 00:30-a qədər Rusiya hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 61 pilotsuz təyyarəni vurub.

Tezadlar.az bildirir ki, bu barədə regionun rəhbəri Aleksey Smirnov məlumat verib.

“31 oktyabr saat 19:00-dan noyabrın 1-i saat 00:30-a qədər olan müddətdə Kursk vilayətinin səmasında Ukraynaya məxsus 61 təyyarə tipli PUA vurulub”, – Smirnov Telegram kanalında yazıb.

Qubernator onları müdafiə etdiklərinə görə hava hücumundan müdafiə qırıcılarına təşəkkür edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…