Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya silahlı qüvvələri Kursk vilayətinin sərhəd bölgəsində 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 360-dan çox hərbçisini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 360-dan çox hərbi qulluqçu və 29 zirehli texnika, o cümlədən iki tank, üç piyada döyüş maşını, iki zirehli transportyor, 22 zirehli döyüş maşını, həmçinin iki artilleriya qurğusu, 12 maşın, Bukovel-AD elektron döyüş stansiyası və əks-akkumulyator radar stansiyası olub”, – məlumatda deyilir.
E.ŞİRİNOV