Əsas məzmuna keç

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ 7 UKRAYNA RAKETİ VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk bölgəsi üzərində səmada Ukraynaya məxsus 7 raketi vurub.

Tezadlar.az bildirir ki, bu barədə vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.

“Bu gün Kursk vilayətinin səmasında 7 Ukrayna raketi vurulub. Hava hücumundan müdafiə qırıcılarına və sərhəd müdafiəçilərinə təşəkkürlər! Xatırladıram ki, dağıntılara yaxınlaşmaq və toxunmaq olmaz, bu, zərər verə bilər. Tapdığınız barədə 112-yə zəng edərək məlumat verməlisiniz”, – o yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…