Əsas məzmuna keç

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ PUA VURULUB

Rusiya Hava Hücumundan Müdafiə sistemləri Kursk vilayətində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 19-da Moskva vaxtı ilə saat 09:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə məlumatda bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…