Əsas məzmuna keç

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ UKRAYNANIN ÜÇ RAKETİ VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri avqustun 23-də axşam saatlarında Kursk vilayəti üzərində səmada Ukraynaya məxsus 3 raketi məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Telegram kanalında məlumat verib.

“Dünən axşam saatlarında Kursk vilayətinin səmasında Ukraynanın üç raketi məhv edilib. Hava hücumundan müdafiə qırıcılarına və sərhəd müdafiəçilərinə təşəkkürlər!”, – o yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…