Əsas məzmuna keç

KURSK VİLAYƏTİ ÜZƏRİNDƏ UKRAYNAYA MƏXSUS RAKET VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisi üzərində Ukraynaya məxsus raketi məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə regional əməliyyat qərargahının Telegram kanalında məlumat verilib.

“Səhər saatlarında Kursk vilayətinin səmasında hava hücumundan müdafiə qırıcıları sayəsində Ukrayna raketi məhv edilib”, – məlumatda deyilir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi regionlar üzərində 12 PUA-nın, o cümlədən Kursk vilayətinin ərazisi üzərində vurulan 7 pilotsuz təyyarənin məhv edildiyi barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…