Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu yaxınlara qədər İsveç solçular üçün effektiv hökumətin sevimli nümunəsi idi: onun səxavətli sosial təminat sistemi, yüksək təhsilli əhalisi var idi və ABŞ-ın əksər ştatlarından bir qədər daha hörmətli və təmiz görünürdü.
Tezadlar.az-ın məlumatına görə, “The Federalist” yazır ki, düzdür, o vaxtlar qanuna tabe olan və məhsuldar vətəndaşlardan ibarət kiçik, homojen bir əhalisi var idi. Lakin məqalə müəllifi qeyd edir ki, İsveçin pərəstişkarlarının əksəriyyəti bu əsas detalı görməzdən gəlməyi üstün tuturdu.
Son illərdə İsveç nümunə kimi daha az xatırlanır. Ölkədən, ümumiyyətlə, bəhs edildikdə, bu, adətən, “Üçüncü Dünya ölkələrindən gələn assimilyasiya olunmamış miqrantların” artması fonunda cinayətkarlığın və terrorizmin kəskin artması ilə əlaqədardır. Müəllifin fikrincə, bu vəziyyət yalnız yerli isveçlilərin rifahını deyil, həm də onların hörmətli sosial təminat sistemini təhdid edir. İsveçli sosioloq və yazıçı Karl-Olov Arnstberq yeni kitabı olan “İsveç sindromu: elitalar milli özünüməhv etməni necə məhv edirlər”də bildirib ki, İsveç təxminən on il ərzində “vətəndaş müharibəsinə bənzər şərait” yaşaya bilər.
E.ŞİRİNOV