Türkiyəli məşhur müğənni, bəstəkar, aktyor Ahmet Kutsi Karadoğan bir müddətdir sevgili olduğu Sevda Sönmezlə ailə qurub.
AK Partiyadan İstanbul millət vəkili Serkan Bayram cütlüyün nikahında şahid qismində iştirak edib.
Tezadlar.az xəbər verir ki, cütlüyün toy mərasimi bu axşam baş tutub.
Beləliklə, Kutsi üçüncü dəfə dünya evinə girib.
Evliliyə şahidlik edən millət vəkili Serkan Bayram cütlüyü təbrik edib:
“Əziz dostum, sənətçi Kutsi ilə Sevdanın bu xoş günlərində nikah şahidliyi etməyin xoşbəxtliyini yaşadım.
Sevgi, hörmət və səmimiyyət üzərində qurulan yuvalarının ömür boyu huzur, xoşbəxtlik və bərəkətlə dolu olmasını arzulayıram. Kutsi və Sevdaya bir ömür boyu xoşbəxtlik diləyirəm. Allah xoşbəxt etsin”.
Qeydə edək ki, Kutsi 1973-cü il martın 16-da Malatyada dünyaya göz açıb.
https://www.instagram.com/reel/DfxptsRNfZU/?psln=MXYwajc3aXl1NWI4aw%3D%3D
JASMİN







