Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ itkilərini açıqlamaqdadır… Belə ki, Küveytdə 3 “F-15” qırıcısı qəzaya uğrayıb. Tezadlar.az CNNN-nin canlı efirinə istinadla bildirir ki, pilotlar xilas edilib, paraşütlə yerə düşüblər. ABŞ Mərkəzi Komandanlığı isə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin İranın ballistik raketləri və dronlarının hücumlarını dəf edərkən səhvən Küveyt Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Mərkəzi Komandanlıq bildirib ki, 6 ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib və vəziyyətləri stabildir. Sitat: “Küveyt bu hadisəni etiraf edib və Küveyt müdafiə qüvvələrinin səylərinə və davam edən bu əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq, araşdırma aparılır…”.
Mərkəzi Komandanlıq hadisə ilə bağlı əlavə araşdırma aparıldığını bildirib. Qırıcıların səhvən vurulmasının günahı və günahkarı axtarılmaqda ikən, İran komandanlığı Netanyahunun qərərgahının raket atəşinə tutulduğunu bildirib. Lakin Baş nazirə xəsarət dəyib-dəymədiyi barədə hələki rəsmi açıqlama yoxdur.
A.Məmmədli