Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkmənistanda əl-ələ tutan şəxslərin saxlanmasına başlanılıb.
Məryəm şəhərində onlarla cütlük ictimai yerlərdə əl-ələ tutduqları üçün saxlanılıb. Polis saxlanılanları “ənənəvi sosial normaları” pozmaqda ittiham edib.
Qeyd edək ki, Türkmənistanda yeni prezident seçiləndən sonra qadınlara bəzi qadağalar qoyulub. Botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsi də qadağan edilib.
Bu xidmətləri göstərən ustalar 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər.