Əsas məzmuna keç

“Lake Hotel”in 4 işçisinin ölümünü Baş Prokurorluq araşdıracaq

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilir ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…