Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qərbin Azərbaycanla Ermənistanı barışdırmaq cəhdi yoxdur. Avropa İttifaqı və ABŞ Cənubi Qafqaza doğru genişlənməyə çalışır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Qərb bu gün regionda öz təsirini bərqərar etmək və oradakı bütün proseslərdə demək olar ki, əsas rol oynamaq üçün Rusiyanı sıxışdırmaq istəyir.
Nazir Vaşinqton və Brüsselin hərəkətlərini Aİ və NATO sərhədlərindən uzaq regionlara yayılmaq cəhdi adlandırıb. Eyni zamanda o, Bakının və İrəvanın bunu başa düşdüyünə əmin olduğunu da vurğulayıb.
Y.MƏMMƏDLİ