3 Aprel 2025 / 14:03

Lavrov Rusiya-Ermənistan müttəfiqliyinin qorunmasından danışıb

Rusiya və Ermənistan xaricdən ittifaqı pozmaq cəhdlərinə baxmayaraq, yüksək səviyyədə siyasi dialoqu qoruyub saxlaya və iqtisadi əlaqələri inkişaf etdirə bilirlər.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana ünvanladığı təbrikdə bildirib.

“Kənardan Rusiya-Ermənistan müttəfiqliyinə xələl gətirmək cəhdlərinə baxmayaraq, biz siyasi dialoqu və xarici siyasət koordinasiyasını yüksək səviyyədə saxlamağa, həm ikitərəfli, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail olduq”, – nazir vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya Federasiyası “ölkələrin vətəndaşlarının mənafeyi naminə, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə tərəfdaşlığın daha da dərinləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə birgə işi davam etdirməyə” hazırdır.

“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin”, – Xarici İşlər Nazirliyinin rəhbəri sözünə davam edib. – “Bu hadisə Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərin müasir mərhələsinin başlanğıcını qoydu. Mənəvi-əxlaqi dəyərlərin ümumiliyinə, sektorlararası və humanitar əlaqələrin ənənəvi gücünə əsaslanaraq, Rusiya və Ermənistan möhkəm hüquqi baza hazırlayıb, çoxşaxəli, bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurub”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!