Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lavrov həmçinin Avropanı dondurulmuş aktivlərin müsadirə edilməsi və ya Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ilə hədələdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın nümayəndəsi Stiven Uitkoffun Moskvaya təqdim etdiyi ABŞ-ın Ukrayna ilə bağlı razılaşmasının bəndlərindən birini açıqladı.
Tezadlar.az xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ təklifləri, guya, Ukraynada milli azlıqların hüquqlarının və dini azadlıqların təmin edilməsi zərurətini əhatə edir.
O, həmçinin Avropanı Rusiyanın dondurulmuş aktivlərin müsadirə edilməsinə və ya Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə cavab verəcəyi ilə hədələyib.
“Biz cavab verəcəyik. Və biz buna hazırıq”, – deyə o qeyd edib.
Eyni zamanda, o, “Rusiyanın Avropa ilə müharibə etmək niyyəti olmadığını və belə bir düşüncənin olmadığını” söyləyib.
Lavrov həmçinin iddia edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətin kök səbəblərini başa düşən yeganə Qərb lideridir.
Lavrov həmçinin Trampın Moskvaya qarşı sanksiyaları ləğv etməyə tələsmədiyindən, onları yalnız gücləndirdiyindən şikayətlənib.
ABŞ-ın Sülh sazişi
“FT”-nin məlumatına görə, ABŞ prezidenti Donald Trampın elçiləri Stiven Uitkoff və Cared Kuşner Ukrayna prezidenti Vladimir Zelenskiyə təklif olunan sülh planına cavab vermək üçün bir neçə gün vaxt veriblər. Plana əsasən, Ukrayna ərazi itkilərini qəbul etməlidir. Nəşrin mənbələrinə görə, Tramp “Miladdan əvvəl” saziş bağlamaq istəyir.
Eyni zamanda, “WSJ”-nin məlumatına görə, Tramp administrasiyasının rəsmiləri Ukraynanı bəyənmədiyi bir sazişi imzalamağa məcbur etmədiklərini iddia edirlər. Onlar deyirlər ki, məqsəd hər iki tərəf üçün məqbul olan və Ukraynanın suverenliyinə zəmanət verən və onu uzunmüddətli perspektivdə qoruyan bir razılaşmaya nail olmaqdır.
E.ŞİRİNOV