Lavrov və ABŞ dövlət katibi Ukrayna və Fələstin məsələlərini müzakirə ediblər

Oxunma sayı: 108

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi Marko Rubio ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.


TEZADLAR.AZ xəbər verir ki, tərəflər Ukrayna və Fələstindəki vəziyyəti, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Görüşün ABŞ tərəfinin tələbi ilə baş tutduğu, nazirlərin ABŞ-Rusiya münasibətlərindəki problemləri həll etmək üçün kommunikasiya kanalı yaratmaq mövzusunda razılığa gəldikləri bildirilir.

Bəyanatda qeyd edilib ki, Lavrov və Rubio Ukrayna, Fələstin, Yaxın Şərq və digər regional məsələləri müzakirə edərək, bu məsələlərin həlli üçün əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıblar, həmçinin diplomatik missiyaların qarşısındakı maneələrin aradan qaldırılması üçün ABŞ və Rusiya ekspertlərinin tezliklə görüşməsi barədə razılığa gəldikləri qeyd olunub. Bəyanatda mümkün “Rusiya-ABŞ sammiti”nə hazırlıqla bağlı qarşılıqlı təmasların davam etdirilməsi barədə də razılıq əldə edildiyi bildirilib.

Xəbəri paylaş

18 Aprel