Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniyanın baş nazirinin müavini, xarici işlər və emiqrantlar naziri Ayman əs-Səfədi iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi haqqında saziş imzalayıblar.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
Saziş turist səfərlərinin 30 gündən çox olmayan müddətə vizadan azad edilməsini nəzərdə tutur və belə qalmanın ümumi müddəti il ərzində 90 gündən çox olmamalıdır.
E.ŞİRİNOV

