Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
“Tezadlar.az” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlar iki ölkə liderinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib:
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri ətrafında müzakirə aparılıb”.
Qeyd edək ki, Tramp və Putin arasında baş tutacaq görüşün əsas mövzusu Ukraynada sülhün bərqərar olmasıdır.