Əsas məzmuna keç

Lavrovla Hakan Fidan telefonla danışıb.

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı baş tutub.

“Tezadlar.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Bildirilib ki, tərəflər iyunun 2-də İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında ikitərəfli danışıqların növbəti raunduna hazırlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, H.Fidan bu gün Ukraynada səfərdədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…