Əsas məzmuna keç

Lavrovla Suriyanın xarici işlər naziri arasında danışıqların keçiriləcəyi açıqlanıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 31-də Moskvada Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani ilə danışıqlar aparacaq.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“İkitərəfli gündəlikdəki aktual məsələlərin, beynəlxalq və regional problemlərin müzakirəsi planlaşdırılır”, – diplomat qeyd edib.

Daha əvvəl “Reuters” agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Əl-Şibani iyulun 31-də Rusiyaya gələcək. O, yeni hökumət hakimiyyətə gələndən sonra Moskvaya səfər edən ən yüksək rütbəli Suriya rəsmisi olacaq.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…