Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursat saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Arzuman Qurbanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, ondan 4 kiloqram marixuana, metamfetamin, 1 ədəd “Kalaşnikov” avtomatı, 14 ədəd patron və daraq aşkarlanıb.
Araşdırmalarla A.Qurbanovun narkotik vasitə və odlu silahı şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
RÖVŞANƏ