Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Lənkəran şəhərinin İ.Səmədzadə küçəsində sahibkar Etibar Müzəffər oğlu Əkbərova məxsus çörək istehsalı sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, həmçinin çörək məhsullarında etiketlənmənin aparılmadığı müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.