Əsas məzmuna keç

LİMANDA GƏMİNİN BATMASI NƏTİCƏSİNDƏ İKİ NƏFƏR ÖLÜB

Saxalinin Korsakov limanında yük gəmisinin batması nəticəsində iki nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

“İlkin məlumatlara görə, 2024-cü il oktyabrın 18-də Saxalinin Korsakov limanında yük gəmisi batıb. Gəminin göyərtəsində yeddi ekipaj üzvü olub. Hadisə nəticəsində 2 nəfər ölüb, biri tibb müəssisəsinə yerləşdirilib. Dörd nəfərin yerinin müəyyən edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir”, – İstintaq İdarəsindən bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…