Əsas məzmuna keç

LİPETSKDƏ PUA-NIN HÜCUMU NƏTİCƏSİNDƏ YARALANANLARDAN BİRİ XƏSTƏXANADA ÖLÜB

Cümə günü Lipetsk vilayətinə Ukrayna pilotsuz təyyarəsinin hücumunun qurbanı xəstəxanada ölüb. Bir nəfər reanimasiyada qalır.

Tezadlar.az bildirir ki, bu barədə regional hökumətin Telegram kanalında məlumat verilib.

“PUA-nın hücumu nəticəsində zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib. O, 1997-ci il təvəllüdlüdür. Krasnoyarsk vilayətindəndir. Ağır xəsarətlə – başından nüfuz edən qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib. Lipetsk Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahları qurbanı xilas etmək üçün mümkün olan hər şeyi ediblər. Əməliyyatdan əvvəl bir sıra müayinələr aparıldıqdan sonra xəstə əməliyyat olunub. Təəssüf ki, zədə və onun sonrakı fəsadları həyata uyğun gəlmir”, – deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…